Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səddamın düşərgəsi PKK-ya verildi 

PKK terror təşkilatı Qəndil, Mahmur və Sincardan sonra İraqda dördüncü böyük düşərgəsini qurmağa hazırlaşır

Teleqraf.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, ABŞ bundan əvvəl Xalq Mücahidləri təşkilatının istifadə etdiyi düşərgəni PKK üçün yenidən qurmağı planlaşdırır.

Məlumdur ki, keçmiş İraq prezidenti Səddam Hüseyn 1986-cı ildə İran müxaliflərindən formalaşdırılmış Xalq Mücahidləri üçün nəhəng düşərgə qurmuşdu. Diyala vilayətində yerləşən Əşrəf düşərgəsində təşkilata hərbi-siyasi təlimlər keçirilirdi. Təşkilat PKK-ya qarşı radikal mövqeyi ilə də tanınırdı.

2013-cü ildən sonra düşərgəyə nəzarət ABŞ-a keçdi. Məlumata görə, bu ayın əvvəlindən Həşdi-Şabi birləşmələrini bölgədən uzaqlaşdıran ABŞ PKK silahlılarını düşərgədə yerləşdirməyə başlayıb.

İraq Silahlı Qüvvələrinin keçmiş zabiti, general Əbdüssalam Cəsim Türkiyə KİV-ə açıqlamasında bu barədə yayılan məlumatları təsdiq edib.

2013-cü ildə keçirilən hərbi əməliyyatda PKK-nın ABŞ-a dəstək verdiyini bildirən general qeyd edib: “Bir müddətdir fəaliyyətsiz qalan düşərgə PKK üçün hazırlanır. Terror təşkilatı bu düşərgədə yerləşərək, nüfuz dairəsini İraqın mərkəzi bölgələrinə qədər genişləndirə biləcək.

Beləliklə, ABŞ PKK-nı Türkiyənin ehtimal edilən hərbi əməliyyatlarından müdafiə edəcək”.

İraqlı general Əşrəf düşərgəsinin PKK terrorçularının Suriyadan İrana daşınması üçün dəhliz rolunu oynadığını da iddia edib.

pia.az


Etiket: PKK

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

Ağdərə rayonunun sərhədlərində mərz nişanları basdırılır

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Ən çox oxunanalar